Notice: Error: Could not load language azerbaijani! in /home/sbagirli/domains/athome.az/public_html/vqmod/vqcache/vq2-system_library_language.php on line 39 Provans stili


Мы в Facebook

Provans stili

Pizza sifarişi

Provans stil öz adını Fransanın cənubunda yerləşən Provans bölgəsindən götürmüşdür və cox böyük populyarlıqla istifadə olunur. Bu stil möcüzəli mənzərələri, möhtəşəm mətbəxi, dənizinin qeyri adi göy rəngi və al parlaq günəşi ilə Fransanın ruhunu təcəssüm etdirir. Provans ən üzvi və original stillərdən biridir. O hər şeydən əvvəl özünün sadəliyi və qədimi cazibədarlığını əks etdirir. Provans üslubunun əsasları -icəridə olan kənd zirvələridir,yaxşı köhnə günləri xatırladan əntiqlərin olması, otaqlarda işığın bolluğudur. Provans üslubu bir cox cəhətdən fransız zəriflik hissiyyatlı hıssəsi ilə ölkə üslubuna bənzər. Lakin ölkə üslubundan fərqli olaraq, provans üslubunda rahatlıq və xoşbəxtlik hissi var. Fransızlar incəsənəti cox sevirlər və gözəlliyi qiymətləndirirlər, ona görə də onlar provans üslubunda aktiv və parlaq rənglərdən istifadə etmirlər, lakin daha acıq, süd rəngli yüngül yataq rənglərindən istifadə edirlər. Bu üslubdakı interyerin dizaynının fərqli cəhəti onun yüngüllüyüdür, hər şeydə xoşa gəlimliyi və romantic xarakterliliyidir, evin bəzəyində toxuculuq və cicək nümunələri olan mebel ilə hazırlanmasıdır. Bunlar , ruha kömək edən bir atmosfer yaradacaq. Athome.az internet mağazamız Bakı şəhərində Provans üslubda interyer malları təqdim edir.

Stilin ən tanınan rəng birləşməsi – ağ,açıq krem, boğuq surməyi və lavandadır. Provans fransız stilində əsas söz – qadınlıq və zəriflikdir. Minimalizm provansa xas cəhət deyil, ona görə mənzildə mebel və aksessuar ne qeder çox olsa bir o qədər yaxşıdır. Ancaq onları xüsusi zövqlə yıqmaq lazımdır, axı onlar dizayn konsepsiyalarına uyğun olmalıdır.Provans çox fərqli ola bilər. Hər şey insanların öz evlərində görmək istədiyi stilin zövqündən və seçimlərindən asılıdır. Cox güc və pul vəsaiti xərcləmədən öz məkanını bu üslubda təşkil etmək çox sadədir. Bu stili yaratmaq ücün bir neçə qaydaları bilmək lazımdır. Işıq bu cür interyerin təşkil olunmasinda məkanın koloritinin qurulmasında mühüm komponentdir. Işıqlandırma yumşaq, kəskin, lakin tam olmalıdır.

İşıq mənbəyi kimi dəmir qurşaq cəkilmiş cilcıraqlar, qədim qəndillər, şamdanlar və stolüstü çıraqlar istifadə olunur.

    Rənglərin ahəngliyi

 Bu üslubda günəşdə yandırılmış kimi yataq rəngindən istifadə olunub. Bunlar sarı, yaşıl, mavi rənglərin solğun çalarları, tund göy rəngli lavanda, dəniz dalğasının rəngi ola bilər və çox vacibdir ki, bu tonlar parçalarda və mebelin döşəməsində qorunub saxlansın. Lavanda və lavanda çalarlarının istifadə olunmasına ayrıca xüsusi diqqət ayırmaq lazımdır. Bu pərdədəki çap şəklində, yastıqlarda və qab qacaqlarda daha yaxşı görsənəcək.

      Divarların, döşəmənin və tavanın dizaynı.

Malalama – divarları bəzəmək üçün əsas üsuldur. Malalama gərək ehtiyatsiz, yüngül olmalıdır ki, işin tamamlanmaması hissini yaratsın və interyerə əyalət baxışı hissiyyatı yaransın. Divarlar adətən ağ, acıq mavi, acıq sarı, hərdən yataq –boz , yataq-bej rənglərinə boyanır. Həmçinin kərpic və təbii daşlardan istifadə olunur. Onlar həmin rənglərlə və bəzək çicəklərilə yaxşı uyğunlaşırlar. Provans stilində olan interyer, ancaq təbii bitirmə və tikinti materiallarının istifadəsini tələb edir. Qonaq və yataq otaqlarının döşəməsinə əsasən parlaq toxuması ilə secilən ağac istifadə olunur. Vanna otaqında və mətbəxdə daş və kafel istifadə oluna bilər. Rənglər təbii calarlarda olmalıdır: qəhvəyi və qırmızı gil .

Provansda tavanlar ağ və ya müxtəlif açıq rəngli boyalarla rənglənmiş olur. Şəhər kənarında hündür tavanlı evlərdə bəzən dekorativ tavan cırağından istifadə olunur. Belə konstruksiyaların rəng sxemi müxtəlif ola bilər – qaradan tünd yaşıla və ya açıq qəhvəyi rəngə qədər. Provans stillində qapı və pəncərələr ancaq təbii ağacdan hazırlınır. Həm qapılar , həm də çərçivələr ağ rənglə boyanır. Həmçinin onları süni yolla köhnəltmək və ya çiçək naxışı ilə bəzəmək olar.

      Mebel

Provans stilində olan mebel heç bir halda plastikadan və şüşədən ola bilməz. Üstünlük hörülmə, döymə dəmirlə hazırlanmış və vintaj mebellərə verilir. Provans stili köhnə əşyaların cazibəsi sayəsində yaranır, yəni, guya ki, ulu babalarından qalmışdır. Köhnənin ruhunu hiss etmək ücün ağacların səthini kələ kötürləşdirirlər,çapıqlar əmələ gətirirlər, sürtüb köhnəldirlər ki, provans stili daha çox nəzərə çarpsın. İnteryeri müxtəlif komodlarla ,bufetlərlə , kitab şkafları ilə, masalarla, gül və lampa postamentləri ilə tamamlamaq qəbul olunmuşdur. Bu imkan verəcək ki, evdə qədim tarixli atmosfer yaransın və bir interyerdə müxtəlif kolleksiyali mebellərin cəmləşməsinə kömək edəcək. Mebellə təchiz olunmada ən cox ağ, lakin hərdən açıq yaşıl, zərif hava , ya da solğun-bənövşəyi rənglər istifadə olunur . Mebelin rəngi daha aydın açıq rəngli olmalıdır ki , malalanmış divar fonunda seçilsin. Yumşaq mebel isə eyni tonlu və açıq rəngli olmalıdır. Yumşaq mebelin toxunmasında həmçinin güllü naxışlar da aktualdır.

   Tekstil

Bu üslub üçün təbii parçalardan - yəni kətan,bez, çit, pambıq, krujevadan hazırlanan məhsullar idealdır. Provans interyerində tekstil çox olmalıdır: divan və kreslolarda acıq rəngli yastıqlar, masaların üstündə kətan süfrələr , naxışlı salfetlər və cürbəcür əlavə örtüklər . Mebelə üzlük çəkilərkən xırda güllü , zərif tonlar, vertikal və ya horizontal xətlərdən istifadə etmək olar. Pəncərə pərdələrinə xüsusi diqqət etmək lazımdır. Onlar yüngül, açıq rəngli ,az çəkili , büzmə haşiyəli, çoxlu qırcınlı və ya lentli, lakin yaxşı olardı ki, sadə , açıq tonlu olsunlar.

      Dekor və aksessuarlar

Bu stilin əsas üstünlüyü – otaqda müxtəlif aksessuarların bol olmasıdır. Cürbəcür vazalar, güldanlar, statuetlər, divar şamdanı, sandıqçalar, qutular, naxışlı saatlar, karnizlər, masa üstü şamdanlar, müxtəlif toxunuşlu səbətlər. Divanda , çarpayılarda və oturacaqlarda böyük olmayan yastıqlarıın coxluğu, keramik və ya şüşə qablar ilə birlikdə coxsaylı buketlər, meyvə vazaları – bütün bunlar ayrılmaz surətdə provans stilinə əlavə edilir və fransız kəndinin rahatlıqının atmosferini yaradır. Masaları , çarpayı yanında tumbaları, saxta divar peçini saxsı heykəlciklərlə, qablarla və içində təzə çiçəklər olan güldanlarla bəzəmək olar. Rəsm tablosu kimi kicik detallar füsunkarlıq verəcəkdir. Açıq rəngli natürmortlar , kənd mənzərələri , naxışlı dekorativ keramika – bütün bunlar divarlarnızı cox gözəl bəzəyəcək və sizin yaşadığınız məkana gözəllik və incəlik əlavə edəcək. Nə zaman ki böyük şəhərin səs küyü sizi narahat edəcək, gündəlik hay küydən rahat mənzildə gizlənmək istəyəcəksiniz , hansı ki, hər şey sakitliklə keçəcək.

Belə yer provans stilində ev ola bilər, hansi ki, kənd atmosferinə dalmağa imkan verəcək, harada ki, sadəlik və təbiət gözəlliyi hökm sürür.

 

    

Русский Azərbaycan